"Metropoliten daxilində Nazirlər Kabinetinin təsdiq etdiyi Metropolitendən istifadə qaydalarının hər bəndinə birmənalı şəkildə riayət olunmalıdır. Bunların içərisində müxtəlif dövrlərdə prioritet olan qaydalar olur və biz ona uyğun şəkildə müəyyən tədbirlər görür, təbliğat və maarifləndirmə işi aparırıq". Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, sentyabr ayında sərnişin sıxlığı başladıqda avtomatik olaraq qatarlara minib-düşmə, qatarların qapılarının saxlanmaması ilə bağlı tədbirlər görməyə başlanılır: "Elə həmin dövrdə artıq metropolitendən müntəzəm istifadə etməyə başlayanlara səmtin rahatlıqla müyyən edilməsi və digər məsələlər üzrə köməklik göstərilir. Bu cür məsələlər hər zaman diqqətdə saxlanılır.Qatarlarda maşinistə məlumat daxil olduğu an dərhal lazımi yerlərə məlumat ötürülür, stansiyada halı pisləşən şəxs qarşılanır və ona lazımi ilkin yardım göstərilir.Stansiyada hər hansı problem yaranarsa və təxirəsalınmaz tədbirə ehtiyac olarsa, istənilən metropoliten və yaxud polis əməkdaşlarına məlumat verilə bilər. Buna müvafiq olaraq da metropoliten əməkdaşları istənilən hal üçün hazırlıqlıdır və dərhal məsələ üzrə tədbirlər görülür".
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...