PDF Oxu

İqtisadiyyat

  • 2 839

"Yol infrastrukturunun genişləndirilməsi biznes imkanları üçün geniş üfüq açır" - DEPUTAT DANIŞDI

"Yol infrastrukturunun genişləndirilməsi biznes imkanları üçün geniş üfüq açır" - DEPUTAT DANIŞDI

"Azərbaycanda nəqliyyat və logistika infrastrukturu son illərdə ciddi sərmayə qoyuluşunun həyata keçirilməsi və bu istiqamətdə yeni infrastrukturun formalaşdırılmasına imkan yaradır. Ölkənin paytaxt və paytaxtdan kənar ərazilərində nəqliyyat infrastrukturunun daim yeniləndiyini, bərpa işlərinin aparılmasının şahidi oluruq. Beynəlxalq standartlara uyğun şəkildə yol infrastrukturunun genişləndirilməsi biznes imkanları üçün də geniş üfüq açır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, digər bölgələrimizdə də sözügedən istiqamətdə mühüm işlər görülür: "Həyata keçirilən işlər real sektor üçün imkanlar açır. Belə ki, məsulların bazara çıxarılması və inkişaf etməsi baxımından, həmçinin beynəlxalq daşımaların həyata keçirilməsi nöqteyi-nəzərdən də yolların bərpa edilməsi vacib məqamdır.Digər vacib məqamlardan biri isə Bakı ərazisində tıxacın azaldılması və bu istiqamətdə infrastrukturun genişləndirilməsi ilə bağlıdır. Bu istiqamətdə mütəmadi yeni layihələr reallaşdırılır. Bütövlükdə gözləntilər növbəti illərdə də yol infrastrukturunun genişləndiriləcəyini müşahidə edəcəyimizdən ibarətdir".

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər