PDF Oxu

İqtisadiyyat

  • 3 678

Azərbaycan ötən il 24 mlrd. kubmetrə yaxın qaz ixrac edib

Azərbaycan ötən il 24 mlrd. kubmetrə yaxın qaz ixrac edib

Azərbaycandan ötən il 23,8 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 5,3% çoxdur. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.Məlumata görə, ixrac olunan qazın 11,8 mlrd. kubmetri Avropaya nəql olunub.“Yanvar-dekabr aylarında qaz ixracı 5,3% artıb. Avropaya 11,8 mlrd. kubmetr, Türkiyəyə 9,5 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd. kubmetr qaz nəql olunub”, - paylaşımda qeyd olunur.

Digər xəbərlər