“2023-cü ilin yekunlarına əsasən Azərbaycanda elektrik enerjisi istehsalında artımlar davam edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, 1 faizlik artım qeydə alınsa belə, günəş enerjisi istehsalında 30.3 faiz artım müşahidə olunub: “Bu isə ondan xəbər verir ki, alternativ mənbələrdən əldə edilən enerjinin ümumi istehsalda payında artımlar olub.Elektrik enerjisi qeyri-neft sektorunda olduqca vacib yer tutur. Çünki qeyri-neft sektorunda elektrik enerjisinə olan tələbin ödənilməsi əsas prioritetlərdəndir. Növbəti illərdə də bu tələbin artacağı gözlənilir. Bu səbəbdən də elektrik enerjisi istehsalının artırılması bütövlükdə qeyri-neft sektorunun inkişafı üçün və sahibkarların bu istiqamətdəki tələblərinin ödənilməsi baxımdan imkanlar yaradır. Həmçinin ixrac qabiliyyətimizin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir”.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...