“2018-ci ilin iyul ayının 3-də ölkənin enerji sektorunda baş vermiş məlum hadisədən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Bakı Metropoliteninin enerji təhlükəsizliyi məsələsi xüsusi olaraq gündəmə gətirildi və bununla bağlı qısa müddətdə layihələndirmə apararaq, metropolitenin alternativ enerji mənbəyi ilə təminatı məsələsinin həllinə başlanıldı”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, 2019-2020-ci illərdə dünyada ən aparıcı sistem və avadanlıqların tətbiqi ilə Bakı Metropolitenində 11 generator quraşdırıldı: “Bu generatorlar sayəsində bu gün metropolitenin hər üç xəttinin enerji təhlükəsizliyi fövqaladə hallar nəzərə alınmaqla ən yüksək səviyyəyə çatırılıb. Bu o deməkdir ki, enerji sektorunda hər hansı bir fövqalədə hal baş verərsə, Bakı Metropolitenində qatarların minimal həddə hərəkətinin təmin edilməsi məsələsi həllini tapıb. Quraşdırılan generatorlar bütün stansiyaların müvafiq enerji təchizatını təmin edir”.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...