“Azərbaycanın 2023-cü ildəki gəliri 35 milyard 575 milyon manata çatdırıldı. Bu göstərici 2022-ci ilin göstəricilərindən təxminən 16 faiz çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib. Deputat bildirib ki, real büdcəyə daxil olan mədaxil də 5 faiz artırıldı:
“Biz iqtisadi göstəricilərdən danışarkən əsasən qızıl valyuta ehtiyyatımızla fəxr edirik. Təxminən ümumdaxili məhsul 75 milyard dollara yaxınlaşıb. Həmçinin ölkənin xarici borcu da azala-azala gedir. Bu da təbii ki, ölkə başçısının apardığı siyasətin nəticəsidir.Ötən il qeyri-neft sektorundan 50 faizə yaxın büdcəyə gəlir daxil olub. Təbii ki, bu rəqəm artacaq. Eyni zamanda qeyri-neft sektorunun ixracı, yaşıl enerjinin inkişafını artırmaq istiqamətində işlər görülür. Qarşıdakı illərdə isə ən böyük inkişaf Qarabağ və Şərqi Zəngəzurda olacaq. Həmin ərazilərə qoyulan investisiyalar təqribi 2-3 il sonra özünü göstərəcək, büdcəyə mədaxil artacaq”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...