2023-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) ümumilikdə 103 müxtəlif tipli gəmi təmir olunub. SİA bu barədə ASCO-ya istinadən xəbər verir.Məlumata görə, təmir olunan gəmilərdən 27-si “Zığ” GTTZ-nin, 76-sı “Bibiheybət” BGTZ-nin payına düşüb.Ötən il “Zığ” GTTZ-də təmirə dayanan gəmilərdən 7-si əsaslı, 11-i tərsanə, 9-u cari təmir edilib.“Bibiheybət” GTZ-də təmirə dayanan gəmilərdən 17-si əsaslı, 42-si tərsanə, 17-si cari təmir olunub.Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.ASCO-nun zavodlarının əsas fəaliyyət istiqaməti gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında gəmilər üçün müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...