Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirilib. Aparılmış təhlillər nəticəsində Türkiyə Respublikası ilə sərhədin Sədərək-Dilucu arasındakı hissəsində vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvar ayının 30-dan etibarən sözügedən ərazidə yeni marşrut təşkil edilib.İstifadəyə verilmiş marşrut gün ərzində hər iki istiqamətdə qısa intervallarla sərnişinlərə xidmət edəcəkdir.Xatırladaq ki, sərnişinlər Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında olan 2 km məsafəni piyada getmək məcburiyyətində qalırdılar. Bu istiqamətdə yeni marşrutun salınması sərnişinlərin rahatlığının təmin edilməsi ilə yanaşı, həmçinin ictimai nəqliyyatla sürətli gediş-gəlişinə də şərait yaradacaqdır.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...