İqtisadiyyat

  • 2 568

Azərbaycanda innovativ ödəniş ekosisteminin formalaşdırılması müzakirə olunub

image

Azərbaycan Mərkəzi Bankında (AMB) innovativ ödəniş ekosisteminin formalaşdırılması müzakirə edilib. SİA xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib."AMB-də "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə növbəti görüşümüz oldu. Görüşdə qlobal iqtisadi meyillər, xüsusən inflyasiya prosesləri, ölkədaxili makro iqtisadi vəziyyət və monetar şərait, habelə tədiyə balansı, valyuta bazarında gedən proseslərə dair təqdimat keçirildi. Ötən il üzrə fintex ekosistemində təmsil olunan təşkilatların fəaliyyətinin nəticələri, innovativ ödəniş ekosisteminin formalaşdırılması, nağdsız ödənişin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı", - deyə o qeyd edib.

Digər xəbərlər