2023-cü ildə Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsi 130,9 milyon ABŞ dolları dəyərində idxal, 14,6 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatlarını dövlət qeydiyyatına alıb. SİA xəbər verir ki, bu barədə idarənin illik hesabatında bildirilir.Sənədə əsasən, 2022-ci illə müqayisədə idxalın dəyəri 2 dəfə, ixracın dəyəri isə 2,5 dəfə artıb.Naxçıvana idxal əsasən Türkiyə, İran, Çin, Almaniya və Braziliyadan, Naxçıvandan ixrac isə əsasən Rusiya, Gürcüstan, Yəmən, Türkiyə və İrana həyata keçirilib.Muxtar respublikadan xarici bazarlara əsasən siqaret, ərzaq məhsulları, tikinti materialları və elektrik enerjisi çıxarılıb.
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...
Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...
Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...
Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...