İqtisadiyyat

  • 3 079

“Bu ölkələr Qafqazda hegemonluq iddiasındadır” - Vahid Əhmədov

image

"Münxen konfransında Azərbaycan və Ermənistan arasındakı danışıqlardan kənarda qalan Fransa, tarix boyu olduğu kimi, yenə də öz məkrli siyasətinə davam edərək, qərəzli mövqe tutmağa və regionu qarışdırmaq cəhdlərinə davam etdi. Təsadüfi deyil ki, Münxen konfransının bitməsindən qısa müddət sonra Paşinyan Fransaya səfər etdi. Emmanuel Makron Nikol Paşinyanı qəbul edən zaman Azərbaycan əleyhinə bir sıra bəyanatlar verdi. Sərsəm açıqlamalarıyla gündəmə gələn Makron yenidən Fransanın Ermənistana dəstəyini ifadə edərək, qoşunların sərhəddən qarşılıqlı çəkilməsinə və Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyi üçün şəraitin təmin edilməsi üçün addım atmalı olduğunu bildirdi. Bunun üçün ilk növbədə, Ermənistan 1980-ci illərin sonlarında öz ata-baba torpaqlarından qovulmuş minlərlə Azərbaycanlının geri qayıtması ilə bağlı öhdəlik götürməlidir Ermənistan isə bu məsələni Azərbaycanla müzakirə etmək istəməyərək ikili standart nümayiş etdirir. Ermənistanın qoşunların sərhəddən qarşılıqlı çəkilməsi ilə əlaqədar bəyanatı isə Rusiyanın maraqları ilə oxşarlıq təşkil edir. Hər iki ölkə Qafqazda hegemonluq iddiasındadır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov deyib."Heç bir dövlət unutmamalıdır ki, Azərbaycanın Türkiyə kimi güclü müttəfiqi var. Prezident İlham Əliyev də seçkilərdən sonra ilk səfərini qardaş Türkiyəyə edib. Səfər zamanı tərəflər bir-birini daim müdafiə edəcəklərini və dəstəkləyəcəklərini bəyan ediblər".

Ləman Sərraf

Digər xəbərlər