Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 29 825 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb. SİA bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.Məlumata görə, bunun 15,6 %-i və yaxud 4 664-ü ilkin, 84,4 %-i və yaxud 25 161-i təkrar qeydiyyatın payına düşüb.Yanvarda fərdi yaşayış və bağ evi üzərində 4 065, mənzil üzərində 6 477, torpaq sahəsi üzərində 18 447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7 338-i Bakının, qalanı isə bölgələrdə yerləşib.Hesabat dövründə 21 567 texniki pasport tərtib edilib. Həmçinin 5 823 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...