Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2022-ci ili 269 min manat mənfəətlə başa vurub. SİA Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 30,3 % azdır.2022-ci ildə TKTA-nın əsas əməliyyat gəlirləri 1,303 milyon manat (2021-ci illə müqayisədə 23,2 % çox), işçi heyəti üzrə xərcləri 748 min manat (38,5 % çox), amortizasiya xərcləri 55 min manat (71,9 % çox), sair əməliyyat xərcləri isı 232 min manat (2,6 dəfə çox) təşkil edib.2023-cü il yanvarın 1-nə TKTA-nın həm aktivləri, həm də balans kapitalı 11,182 milyon manat olub ki, bu da illik müqayisədə 14,3 dəfə çoxdur. Agentliyin öhdəliyi yoxdur.Xatırladaq ki, TKTA ölkə prezidentinin 29 dekabr 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi ilə məşğuldur.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...