İqtisadiyyat

  • 3 186

“Euronews” telekanalı: "Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngin ölkədir"

image

Məşhur “Euronews” telekanalı Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarından geniş reportaj hazırlayıb. Reportajda Azərbaycanın Şərqi Avropa ilə Qərbi Asiyanın qovuşduğu məkan olduğu vurğulanır. Qeyd edilir ki, ölkə əhalisinin sayı 10 milyondan çoxdur. Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngin ölkədir.

Reportajın müəllifi Ceyn Uizerspun bildirib ki, bu günlərdə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. İclaslarda dəhlizin genişləndirilməsi, Aİ və qonşu ölkələr üçün mühüm qaz təchizatının şaxələndirilməsi marşrutu ilə bağlı müzakirələr aparılıb.

Reportajda Prezident İlham Əliyevin iclasdakı çıxışından sitat gətirilir: “Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir”.

Mətləb

Digər xəbərlər