PDF Oxu

İqtisadiyyat

  • 2 504

"“Yaşın enerji” istehsalı üçün Azərbaycanın kifayət qədər potensialı var" - MÜNASİBƏT BİLDİRİLDİ

image

“Sirr deyil ki, bəşəriyyət 21-ci əsrdə kifayət qədər ekoloji problemlər yaşayır. Qlobal istiləşmə, atmosfer havasının maksimum çirklənməsi bütün dünyanı və dünyanın qeydinə qalanları narahat edir.
Əsas xilas yolu kimi “yaşıl enerji”yə keçid prioritetdir və bu istiqamətdə səylər birləşdirilir. Ciddi ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və eyni zamanda enerji təhlükəsizliyinin təmin edilməsi üçün qlobal bir proses həyata keçirilir. Azərbaycan da prosesdə mühüm yer alır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib. Elşad Məmmədli sözlərinə belə davam edib: “Bəllidir ki, bu yöndə Avropa dövlətləri və beynəlxalq təsisatlarla əməkdaşlıqlar edilir, müqavilələr imzalanıb. Bəşəriyyətin firavanlığı üçün daim töhfələr verən və çağırışlar edən, təşəbbüslər qaldıran Azərbaycanın COP29-a ev sahibliyi etməsi də bu kontekstdə xüsusi vurğulanmalıdır.“Yaşın enerji” istehsalı üçün Azərbaycanın kifayət qədər potensialı var. Həm günəş, həm külək enerjisinin alınması üçün əlverişli şərait var. Xüsusilə işğaldan azad edilmiş Qarabağda “yaşın enerji” mənbələrinin yaradılması üçün mühüm addımlar atılır.
Qlobal müstəvidə dünyanın qarşısında duran mühüm vəzifələrdən biri məhz “yaşıl enerji”yə keçidin sürətlənməsidir. Azərbaycanın bu prosesdə aktivliyi və təşəbbüskarlığı təkcə ölkəmizə yox, bütövlükdə regiona və dünyaya böyük töhfələr verəcək”.

Ayşən Vəli

Digər xəbərlər