İqtisadiyyat

  • 1 922

Qarabağda mina təhlükəsi iqtisadi dirçəliş prosesini ləngidir - NAZİR MÜAVİNİ

image

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin qalması insanların həyatına təhlükə yaratmaqla yanaşı, iqtisadi dirçəliş prosesini ləngidir. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib.O qeyd edib ki, ölkə prezidenti minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsünü irəli sürüb: "COP29 Azərbaycanın irəli sürdüyü 18-ci Milli DİM layihəsinin beynəlxalq ictimaiyyətdə təşviq olunması üçün də mühüm platforma rolunu oynaya bilər. BMT ilə birgə icra edilən layihələr iqlim dəyişikliyi ilə mübarizə, uyğunlaşma, COP29-un ölkəmizdə uğurla keçirilməsi və digər sahələrlə bağlı ölkəmizin prioritetlərinin icrasına töhfə verəcək".Nazir müavini həmçinin deyib ki, işğaldan azad edilmiş torpaqların reinteqrasiyası, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb: “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir. Bu ərazilərdə “yaşıllaşma və karbonsuzlaşma” sahəsində xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb. COP29 vasitəsilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Karbon neytrallığı” konsepsiyaları əsasında layihələrin icrası barədə maraqlı tərəfləri daha geniş məlumatlandıra bilərik”.

Digər xəbərlər