Azərbaycanda həm paytaxtda, həm də regionlarda kiçik və orta biznes (KOB) subyektlərinin fəaliyyətini genişləndirmək üçün balanslı iş görülməlidir. SİA xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda keçirilən “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib."Yaxşı olardı ki, BMT həm Bakıda, həm də regionlarda KOB-larla işləsin, xüsusi diqqəti də Qarabağ prioritet olduğuna görə ora verək. BMT Çərçivə Sənədinə uyğun olaraq layihələr təklif edir. Biz fikirlər səsləndiririk ki, inklüziv artımın təmin edilməsi, sosial institutların güclənməsi, əhalinin təminat xidmətlərinə çıxışın artırılması istiqamətində layihələr daha çox dəstəklənəcək", - deyə o qeyd edib.
Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...
Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...
Kreml artan yükün öhdəsindən gələ bilmir...
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...