Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı fəaliyyətin genişləndirilməsinə ehtiyac var. SİA xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda keçirilən “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib."Burada insan kapitalının inkişaf etdirilməsi hədəflənir. Çərçivə Sənədinə əsasən, 4 nəticə qrupu, hər qrupun öz büdcəsi var. I nəticə qrupunun məqsədi inklüziv artımın təmin edilməsi ilə bağlıdır, bu il üçün büdcəsi 9 ,5 milyon manat təşkil edir. 2021-2024-cü illər ərzində 80-ə qədər I nəticə qrupu layihələri icra ediləcək", - deyə o qeyd edib.Bundan başqa, şöbə müdiri əlavə edib ki, kiçik və orta sahibkarların ÜDM-də payının 35 %-ə çatdırılması hədələnir.