İqtisadiyyat

  • 2 591

Naxçıvanda güzəştli kreditlərin həcmi 2 dəfədən çox artıb

image

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dəstək olaraq İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu bu ilin 3ayı ərzində kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib. Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.Bu ilin 3 ayı ərzində qaytarılan kreditlərin həcmi 1,7 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.Bu ilin I rübündə 290,2 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Digər xəbərlər