“Dünyada baş verən bir çox müharibələr dünya iqtisadiyyatına təsir göstərir. Bəzi ölkələrdə inkişaf səviyyəsinin aşağı düşməsi və digər məsələlərin təsirləri özünü əmək bazarında büruzə verir. Təbii ki, bu problemlər Azərbaycan əmək bazarından da yan keçmir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli deyib.Sədr bildirib ki, texnologiyanın durmadan inkişaf etdiyini gözardı edə bilmərik: “Ölkə başçısının verdiyi tapşırıqlar çərçivəsində insanların əmək bazarında özlərinə yer tutması üçün mühüm işlər görülür. Keçirilən karyera sərgisi, əmək bazarları da bunun bir nümunəsidir.Gənclər, işaxtaranlar daimi olaraq əmək bazarının tələblərinə cavab verməyə çalışmalı, özlərini inkişaf etdirməlidir”.
Müəllif: Səbinə Hüseynli
Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...
Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...
Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...
Kreml artan yükün öhdəsindən gələ bilmir...
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...