PDF Oxu

İqtisadiyyat

  • 1 880

"Strateji idarəetmə Palatanın fəaliyyət hesabatının əsasını təşkil edir" - Vüqar Gülməmmədov

image

"Strateji idarəetmə, o cümlədən strateji planlaşdırma institutunun tətbiqi ilə bağlı zəruri təfəkkürün formalaşdırılması Hesablama Palatasının son bir neçə ildə təqdim etdiyi fəaliyyət hesabatının əsasını təşkil edir". SİA xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.Sədr bildirib ki, Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Plan”ı INTOSAI-ın prinsip və təlimatları nəzərə alınmaqla hazırlanmış, burada 2 yekun və 9 aralıq nəticə müəyyənləşdirilmişdir: "Strateji Planın hesabat ilində icrası məqsədilə bütün aralıq nəticələri əhatə edən 2023-cü ilin Əməliyyat Planı tərtib olunmuşdur. Burada potensial boşluqların aradan qaldırılması, fəaliyyətin müxtəlif istiqamətlərdə (institusional, təşkilati və peşəkar) təkmilləşdirilməsi məqsədilə tədbirlər yer almışdır.Strateji Planda nəzərdə tutulmuş fəaliyyətlərin icrası 90 indikator- Əsas Fəaliyyət Göstəricisi (KPI) əsasında qiymətləndirilmişdir. Monitorinq indikatorlarından istifadənin məqsədi əsas təbliğatçılarından biri olaraq çıxış etdiyimiz dövlət sektorunda nəticəyə əsaslanan çərçivənin genişləndirilməsidir. Qeyd edim ki, göstəricilərin müəyyən edilməsi zamanı Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsinə (SAI PMF) istinad etmişik. Onlardan əhəmiyyətli hesab etdiyimiz göstəricilərin plan və fakt məlumatları Hesabatda öz əksini tapmışdır".

Digər xəbərlər