PDF Oxu

İqtisadiyyat

  • 3 790

Bu il Azərbaycan 8 milyon tona yaxın neft-kondensat ixrac edib

image

Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 9,6 milyon ton, ixracı isə 7,9 milyon ton olub. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.Nazir əlavə edib ki, bu dövrdə 500 milyon kubmetr artımla hasil edilmiş 16,7 milyard kubmetr təbii qazın isə 8,5 milyard kubmetri ixrac olunub.Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Digər xəbərlər

ABŞ sanksiyalarının təzyiqi altında Rusiya nefti öz mövqeyini itirir

Hindistan neft emalı zavodları Rusiya neftinin payını azalda bilər…

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...