İqtisadiyyat

  • 1 769

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

image

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib. SİA nazirliyə istinadən xəbər verir ki, FHN-in təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.Keçirilən yarışda Qarabağ Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Bərdə rayonu, Yeni Daşkənd kənd tam orta məktəbinin komandası I yerə, Ağdam rayonu, Quzanlı qəsəbə tam orta məktəbin komandası II yerə, Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.Qeyd edilib ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Digər xəbərlər