İqtisadiyyat

  • 3 257

Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

image

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə iyunun 24-26-da Bakı Ekspo Mərkəzində “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək. SİA-nın KOBİA-ya istinadən verdiyi məlumata görə, sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə məhsul və xidmətləri nümayiş olunacaq.Mikro və kiçik sahibkarların məhsullarının tanıdılmasına və satışına dəstək məqsədilə builki sərgidə də KOBİA-a tərəfindən KOB-lar üçün ayrıca stend qurulacaq. Ödənişsiz olaraq bu stenddə üç gün ərzində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyunun 12-dək KOBİA-ya müraciət edə bilərlər. Müraciətlərin qəbulu aşağıdakı link vasitəsilə həyata keçiriləcək (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “5-ci yerli şirkətlərin tanıtım sərgisi” qeyd olunmalıdır): https://smb.gov.az/az/contact-form/exhibition-form/1Qeyd edək ki, KOBİA tərəfindən mikro və kiçik sahibkarların ölkəmizdə və xaricdə keçirilən müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərilir. Agentliyi təmin etdiyi dövlət dəstəyi hesabına ixtisaslaşmış sərgilərdə stendlər qurulur və KOB-lar burada heç bir ödəniş etmədən məhsul və xidmətlərini nümayiş etdirirlər. Bu dəstək KOB subyektlərinin məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi və bu vasitə ilə satış imkanlarını artırması ilə yanaşı, sahibkarların yeni biznes əlaqələri qurması və ixrac imkanlarını genişləndirməsi baxımından da faydalıdır. Agentlik 2024-cü il ərzində də KOB-ların ixtisaslaşmış sərgilərdə ödənişsiz iştirakını dəstəkləməkdə davam edəcək. Dəstək proqramı çərçivəsində stendlərin qurulacağı sərgilər barədə KOB subyektləri əvvəlcədən məlumatlandırılacaq.

Digər xəbərlər