PDF Oxu

İqtisadiyyat

  • 5 644

"İşçilərin təxmini 22 faizini qadınlar təşkil edir" - QURUM RƏSMİSİ AÇIQLADI

image

“Metropoliten ölkədə ən mürəkkəb sahələrdən biridir. Bu təkcə peşələrin sayına görə deyil, eyni zamanda texniki xüsusiyyətli sahələrin sayı kifayət qədər çox olduğundandır. Burada xanım işçilərlə bağlı əsas meyar kimi hər bir sahədə xanımların daha uğurlu olmasını vacib hesab edirik”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, vətəndaşların gördüyü üzrə stansiyada qatarları qarşılayıb yola salan və stansiya infrastrukturunda çalışan xanımlar deyil, həmçinin Metropolitendə son illərin uğurlu layihələrindən biri olan xanım maşinistin qatar idarəetməsidir. Bunlardan da mürəkkəb olan sahələr və ümumən Metropoliten infrastrukturunun idarə edilməsi kimi texniki mürəkkəb sahələrdə də xanımlar çalışır.Bu gün Bakı Metropolitenində bütün işçilərin təxmini 22 faizini qadınlar təşkil edir. Bütün metro infrastrukturunun idarə olunmasında ən vacib sahə dispeçer mərkəzidir ki, burada sanitar-texniki qurğuların və yaxud da mühəndis-texniki qurğuların idarə edilməsi ilə bağlı olan dispeçer mərkəzinin rəhbəri xanımdır.
Elektrik dispeçer sahəsi ən ağır sahələrdən biri hesab olunur. Həmin sahədə də xanımlar çalışır. Qatar dispeçeri isə bütövlükdə Metropolitendə həm qatarların, həm də stansiyaların infrastrukturunun, o cümlədən stansiyaya daxil olub-çıxan qatarların hərəkətinin tənzimlənməsi, idarə edilməsi kimi ən vacib fuksional sahədir ki, burada da xanımlar fəaliyyət göstərir.1950-1970-ci illərdə Azərbaycanda texniki sahədə xanımlar kifayət aparıcı rol oynayırdılar. Bu gün də niyyətimiz məhz bu sahədə xanımların fəaliyyətinin artmasıdır. Bu təkcə hüquq bərabərliyi deyil, eyni zamanda Metropolitendə də inkişafın fərqli istiqamətinin təməlinin qoyulması və daha da irəli aparılmasıdır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...