“2016-cı ildən etibarən pilot layihələr üzərindən köhnə, xüsusən də istismar müddəti bitən qəzalı binaların söküntüsünə start verilib. Bu günə qədər onlarla çoxmənzilli bina və fərdi yaşayış evi sökülərək yerində yeni binalar tikilib. Dünya ölkələrinin praktikasına nəzər salsaq, görərik ki, istismar müddətini bitirmiş binalarda mənzillərin satış qiyməti yenilərindən 50% ucuz satılır. Hazırda Bakı şəhərində istismar müddətini bitirmiş binalarda 11 minə yaxın mənzil var". Bu sözləri SİA-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert qeyd edib ki, ölkəmizdə pilot layihələr üzərindən söküntü işləri başlayandan istismar müddətini bitirən binalardakı mənzillərin qiymətləri kəskin bahalaşdı: “Qiymət artımının müxtəlif səbəbləri var. Sökülən binada mənzili olan şəxsə yeni tikilidən daha böyük sahəli və təmirli mənzil verilir. Verilən mənzil vətəndaşın köhnə mənzilindən iki dəfə baha olur. Bu səbəbdən də sökülmə ehtimalı olan binalardakı mənzillər satılmır və qiyməti bahalaşır. Belə binalarda yerləşən mənzillərin alıcıları da yatırımçılar olur. Həmin şəxslər köhnə mənzil sökülüb yerində təzəsi tikildikdən sonra təzə mənzili satışa çıxarır və iki dəfə baha satır. Bundan əlavə, çoxmərtəbəli binalar tikiləndə kirayə pulu da verirlər ki, bu da əlavə qazancdır".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...