“Bu il keçirilən Bakı Enerji Həftəsi və bu çərçivədə baş tutan sərgi Azərbaycanın inkişafında mühüm rol oynayan “Əsrin müqaviləsi”nin 30 illiyinə təsadüf edir. Bizim 30 il sonra da hədəfimiz eynidir. Belə ki, dayanıqlı enerji ehtiyyatları və yaşıl enerjini inkişaf etdirmək üçün ciddi addımlar atırıq. Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə iki Günəş və bir Külək Elektrik stansiyalarının təməli qoyuldu. Üç elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt (1 QVt) olacaq. Bu da ölkəmizin yaşıl enerjinin inkişafı məsələsinə verdiyi töhfənin göstəricisidir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov deyib.O bildirib ki, Azərbaycan COP29-un ev sahibi kimi müxtəlif növ enerji resurslarının inkişafında maraqlıdır: “COP29 çərçivəsində bütün tərəfdaşlarla birgə yaşıl enerjinin inkişafı və iqlim dəyişikliklərindən fəsadlarının azadılması istiqamətində addımlar atılacaq.Hazırda Cənub Qaz dəhlizini genişləndirmək üçün tədbirlər görülür. Qeyd edək ki, hazırda Avropaya qaz ixracı ilk dəfəkindən 12 kub milyarda qədər artıb. Türkiyə və Avropa ölkələri ilə imzalanmış müqavilələr Azərbaycanın qaz potensialını gücləndirəcək.Qeyd edim ki, yaşıl enerjinin inkişafında Qarabağ və Şərqi Zəngəzurdan sonra Naxçıvanda da bu istiqamətdə mühüm addımlar atılacaq”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...