PDF Oxu

İqtisadiyyat

  • 4 771

Pensiya yaşının azaldılması nəzərdə tutulub? - AYDINLIQ GƏTİRİLDİ

image

"Azərbaycan vətəndaşlarının əmək pensiyası hüququ hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun ailə üzvləri istisna olmaqla, “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.O bildirib ki, həmin qanuna görə, yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası verilir: "Yaşa və əlilliyə görə əmək pensiyaları sığorta və yığım hissəsindən, Ailə başçısını itirməyə görə əmək pensiyası isə təkcə sığorta hissəsindən ibarətdir.“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Pensiya üçün kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.30 iyun 2024-cü ilədək kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq. 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il, yəni 6 ay artırılaraq 64-ə çatdırılacaq. 2025-ci ildə qadınların əmək pensiya yaşı 64 yaş, 2026-cı ildə 64 yaş 6 ay, 2027-ci ildə isə 65 yaş təyin olunaraq kişilərlə bərabərləşdiriləcək".
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər