“Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 25 faizi sığorta təminatına alınıb”. SİA xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.Nazir qeyd edib ki, Azərbaycanda aqrar sığorta modelinin əsas xüsusiyyətlərindən biri onun kifayət qədər geniş əhatə dairəsinə malik olmasıdır.“Fermerlərə 41 bitki növü üzrə 14 risk, heyvandarlıq üzrə 8 risk üzrə sığorta təminatı təklif edilir. Təklif edilən aqrar sığorta xidmətləri ölkədə fəaliyyət göstərən fermerlərin 96 faizi üçün xidmətlərin əlçatanlığını təmin edir. Aqrar Sığorta Fondu tərəfindən sığorta təminatı verilmiş fermerlərə baş vermiş sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən-ilə artmaqdadır. Bu amil zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini fasiləsiz davam etdirməyə imkan verir”, - deyə nazir vurğulayıb.
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...
Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...
Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...
Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...