İqtisadiyyat

  • 2 239

Azərbaycanda adambaşına ət və ət məhsullarının istehlakı 43,5 kq təşkil edib

image

2023-cü ildə Azərbaycanda adambaşına ət və ət məhsullarının istehlakı 43,5 kq, süd və süd məhsullarının istehlakı isə 258,8 kq təşkil edib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən bildirilib.Bundan başqa, məlumata görə, ötən il hər ölkə vətəndaşı orta hesabla 189 ədəd yumurta, 8 kq balıq və balıq məhsulları, 83,9 kq kartof, 139,3 kq tərəvəz, 35,8 kq bostan məhsulları, 70,1 kq meyvə və giləmeyvə istehlak edib.İl ərzində adambaşına üzüm istehlakı 18,5 kq, çay istehlakı 1,3 kq, paxlalıların istehlakı 3 kq, düyü istehlakı 6,4 kq, qənnadı məmulatlarının istehlakı 14,2 kq, şəkər istehlakı 27,5 kq, kərə yağı istehlakı 3,9 kq, bitki yağı istehlakı 8,2 kq, pendir istehlakı 6,1 kq, təzə çörək istehlakı 117,7 kq, yarma istehlakı 2 kq, duz istehlakı isə 5,8 kq olub.

Digər xəbərlər