Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % çox - 74,4 milyon manat vəsait köçürüb. SİA bu barədə quruma istinadən xəbər verir.Məlumata görə, 5 aylıq ödənişin 59,2 milyon manatı (25,4 % çox) özəlləşdirmə, 15,2 milyon manatı (8,5 % çox) isə icarə hesabına təmin edilib.Hesabat dövründə Dövlət Xidməti 23 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 313 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 294 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 36 onlayn qoşulma reallaşıb.Ötən 5 ayda 1 519 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 362-si qeyri-yaşayış, 1 157-si isə torpaq sahələrinə aid olub.
Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...
Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...
Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...
Kreml artan yükün öhdəsindən gələ bilmir...
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...