İqtisadiyyat

  • 2 117

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək“ öz işini Zəngilanda davam etdirir

image

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda işə başlayan “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı işini Zəngilan rayonunda panel iclaslarla davam etdirir. SİA xəbər verir ki, toplantının üçüncü gününün birinci panel iclası “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzusuna həsr olunub.Qeyd edək ki, iyunun 19-da- toplantının ilk günündə “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri”, növbəti gün isə “Elm, texnologiya və innovasiyanın rolu”, “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti”, "İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi” və “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” mövzusunda panel müzakirələr aparılıb.

Digər xəbərlər