İqtisadiyyat

  • 1 729

“Azərbaycan iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə töhfəsini verir“ - Kamal Cəfərov

image

“İqlim dəyişikliyinə diqqət hazırda ən önəmli və təcili çağırışlardan biridir”. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu sözləri Milli Məclisinin deputatı Kamal Cəfərov Xankəndi şəhərində keçirilən "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfransda deyib.Milli Məclisin deputatı qeyd edib ki, bu çağırış milli və qlobal səyləri şərtləndirir: "Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə töhfəsini verir. Bu sahədə həyata keçirilən tədbirlərin fonunda təsadüfi deyil ki, COP29-a ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə yalnız milli deyil, qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir".Deputat deyib ki, COP29 beynəlxalq konfransı çərçivəsində Azərbaycan Parlamentinin də üzərinə mühüm vəzifələr düşür: “Məqsədlərimizə çatmaq üçün bu prosesdə beynəlxalq birliyin bütün üzvlərinin iştirakı vacibdir. Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə COP29 çərçivəsində Parlament İclası təşkil etməyi planlaşdırır. Bu tədbir parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyənləşdirmək imkanı yaradacaq. Beləliklə, görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi verəcək”.

Digər xəbərlər