Azərbaycan və Özbəkistanın mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib."Tacikistana baş tutan işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədri Mamarizo Nurmuratovla görüşdən məmnun olduq. Görüş zamanı rəhbərlik etdiyimiz qurumlar arasında tərəfdaşlığın genişləndirilməsinə, təcrübə və məlumat mübadiləsinin aparılmasına, eləcə də ikitərəfli səfərlərin təşkilinə xidmət edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. İnanırıq ki, Memorandum hər iki mərkəzi bank arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcək", - deyə o qeyd edib.
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...
Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...
Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...