Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 13 investisiya şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 200,615 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 18,4 % azdır.
2023-cü ildə şirkətlərdən 9-u aktivlərini artırıb, 4-ü azaldıb.
Hesabat ilində investisiya şirkətlərinin məcmu öhdəlikləri 26,3 % azalaraq 152,559 milyon manat təşkil edib. Şirkətlərdən 8-də öhdəliklər artıb, 5-də isə azalıb.
Ötən il investisiya şirkətlərinin məcmu balans kapitalı 23,7 % artaraq 48,056 milyon manata, məcmu nizamnamə kapitalı isə 1 % artaraq 18,677 milyon manata çatıb. Bazar iştirakçılarından 11-i balans kapitalını, 3-ü isə nizamnamə kapitalını artırıb.
Ukrayna dronları bu prosesdə əsas rol oynayır…
Hansı mal və xidmətlərdə qiymət artımları ən çox müşahidə olunub?
İnkişaf trayektoriyaları əks istiqamətlərdə dəyişir...
AB Pekindən asılılığını azaltmaq niyyətindədir...