İqtisadiyyat

  • 1 661

“COP29-un Azərbaycanda keçirilməsi çox ümidverici bir hadisəyə çevrilib“ - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Hazırda dünyada ekzestensial problem var ki, bu da ekologiyanın zərərlərlə üz-üzə qalmasıdır. Çünki insanların sayı artır, fəaliyyəti genişlənir və istər-istəməz bu proseslər nəticəsində ətraf-mühitin ekoloji şəraiti son dərəcə gərginləşir. Suyun quruması, iqlim dəyişikliyi, buzlaqların əriməsi və s. anomaniyalar yaradır və insanlara təhdid törədir. Bu proseslərin qarşısını mütləq şəkildə almaq lazımdır. İlk növbədə insanların texnogen fəaliyyəti, yəni ağır və yüngül sənaye, xammalların istismarı və s. məhdudlaşdırılmalıdır. Böyük müəssisələrin sobaları, maşınlar karbon qazının ifrazını artırırlar. Bunun qarşısını almaqdan ötrü tənzimləyici sənədlər qəbul olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi çox ümidverici bir hadisəyə çevrilib: "Çünki baxmayaraq ki Azərbaycan nisbətən cavan dövlətdir, amma ölkəmizin işgüzarlıq və bacarıq əmsalı həddən artıq yüksəkdir. Biz bütün beynəlxalq əhəmiyyətli proqramların həllinə nail oluruq, təşəbbüskar ideyalarla özümüzü ifadə edirik. Təbii ki, bunlar beynəlxalq birliyin gözündə vacib göstəricilərdir. Nüfuzlu dövlətlərin də istəyi ondan ibarətdir ki, ilin axırında Bakıda keçiriləcək bu tədbirdə işlək mexanizmlər və sənədlər qəbul olunsun. Enerji istehsalında alternativ mənbələrin genişlənməsinə böyük önəm veririk. BƏƏ-nin məşhur "Mastar" şirkəti ilə birgə fəaliyyətimiz uğurla davam edir. Qaradağ rayonunda yeni alternativ mənbə ilə istehsal olunan enerji istifadəsinin şahidiyik".Politoloq sözlərinə davam edərək bildirib ki, digər tərəfdən Avropa İttifaqı Azərbaycanla bağlı memorandum imzalayıb: "Bu memorandum təsbit edir ki, bizdə istehsal olunan yaşıl enerji Qara dənizin dibi ilə Gürcüstan, Rumıniya və Macarıstanın istifadəsinə verilsin. Yəni, biz ilbəil yaşıl enerjinin istehsal gücünün artmasını təmin edəcəyik. Avropada güclənən iqtisadiyyatların da bu yaşıl enerjiyə tələbatları durmadan artacaq. Bu, COP29 məfkurəsinin reallaşmasına böyük bir töhfədir. Azərbaycan göstərir ki, biz müasir dövrün çağırışlarını həm düzgün qarşılaya, həm də onların çərçivəsində lazımi işləri tərtib edə bilirik. Bu, öz-özlüyündə digər ölkələrə də bir nümunədir".

Digər xəbərlər