PDF Oxu

İqtisadiyyat

  • 3 530

“İqlim dəyişmələrinin fəsadları gənclərə də təsir edir..."

image

Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir

Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yüksəksəviyyəli görüşlər, bacarıqların artırılması üzrə proqramlar və forumlar vasitəsilə müxtəlif ölkələrdən olan insanlarla fikir mübadiləsi aparmağa çalışır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iqlim prosesində hamının, o cümlədən uşaqların və gənclərin də səslərinin eşidilməsində həlledici rol oynayır.SİA xəbər verir ki, bunu COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil qərargahında keçirilən görüşdə deyib.“İqlim dəyişmələrinin fəsadları gənclərə də təsir edir. Gənclər iqlim dəyişmələrinin təsirlərinə məruz qalan tərəfdir. Ancaq biz iqlim dəyişikliyi ilə bağlı həllərə öz töhfəmizi verə bilərik və verməliyik. İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir. Biz həmin istiqamətdə aparıcı rol oynamalı və ambisiyaların artırılması üçün çalışmalıyıq.Bu il iqlim fəaliyyəti ilə bağlı bacarıqlar əldə etməyiniz üçün əsasən təhsilə sərmayə yatıracağıq. COP29-un gənclər iqlim çempionu olaraq mən hər birinizlə tərəfdaşlıq edərək səsinizin COP29-da eşidilməsinə çalışacağam. Odur ki, hər birinizi fikrinizi deməyə və fəal olmağa səsləyirəm”, - deyə L.Həsənova qeyd edib.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...