"Quş əti, quşçuluq üçün standartlar Sovet vaxtından qalmış standartlar idi, müasir tələblərə cavab vermirdi". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.O bildirib ki, yeni dəyişiklik quşun hissələrini - boyun, ayaq, içalat hissələrini ayrıca xarakterizə edir: "Onun hazırlanması, istehsal tarixi, saxlanma müddəti, saxlanma temperaturu və digər məsələləri, eləcə də quşun cəmdəyini əhatə edir. Bu standartlara əməl olunaraq istehsal olunan quş ətləri əgər uyğun əməl olunarsa, xarici bazara çıxma imkanları genişlənəcək. Şübhəsiz ki, burada əvvəlkilərdən fərqli olaraq sanitar-gigiyeniya normaları nəzərə alınıb.Yeni standartda quşların kəsim müddəti dəqiq müəyyən olunub. Məndə olan məlumata görə 35-42 gün arasında müəyyən olunub. Bunlar hamısında, ümumilikdə quş ətinin bükülməsi, markalanması, saxlanma müddəti, saxlanma şəraiti və sair dəyişiklik olub, hamısı istehlakçıların daha təhlükəsiz quş əti ilə təmin olunmasına gətirib çıxaracaq. Həm də quş əti məhsullarının xarici ölkələrə ixrac olunmasına gətirib çıxaracaq"."Standartın qəbul olunmasında ilk təşəbbüskar Quşçular Assosiasiyası olub. Lakin verilən məlumata görə əvvəl onların hazırladığı sənəd çox bəsit olub. Ondan sonra Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq İnstitutu məsələyə qarışıb. Heyvandarlıq İnstitutu, Quşçular Assosiasiyası və Standartlaşdırma İnstitutu birlikdə bu standartı hazırlayıblar. Bu standart daha təhlükəsiz quş ətinin istehsalına gətirib çıxaracaqdır" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə