Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin Şahbuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun və ətraf kəndlərinin içməli su təminatını yaxşılaşdırmaq üçün işlər davam etdirilir. Agentliyin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, rayona gələn içməli su xəttinə əlavə qoşulmalar etmək üçün "Cin" dağı adlanan ərazidə yolun hamarlanması işləri yekunlaşıb. Hazırda idarə əməkdaşları tərəfindən diametri 110 millimetrlik plastik borularla ümumi uzunluğu 1400 metr olan xəttin çəkilişinə başlanılıb. Görülən işlər yekunlaşdıqdan sonra rayon və ətraf kəndlərin içməli su təminatı yaxşılaşacaq.
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?