İqtisadiyyat

  • 2 267

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi 83 faiz yerinə yetirilib

image

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 83 faiz yerinə yetirilib, xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi 57 faiz təşkil edir. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin departament müdirinin müavini Kənan Rzayev bildirib.

Onun sözlərinə görə, ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdə eni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizlənməsi işləri davam etdirilir.

Onun sözlərinə görə, dəmir yolu xəttinin 72 km-82 km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar olaraq yerinə yetirilib.

"Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 72 km, yan yollarla birlikdə isə 83,4 km hissəsində rels-şpal çərçivələri qoyulub, həmçinin 65,6 km hissəsinə isə uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Hazırda xəttin 72 km-89 km aralığında torpaq işləri və mühəndis qurğuların tikintisi işləri davam etdirilir", - deyə o bildirib.

K.Rzayev əlavə edib ki, tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.

Digər xəbərlər