Britaniyanın enerji tənzimləyicisi "Ofgem" ev təsərrüfatlarının orta illik enerji haqqını 10 faiz artırıb. SİA xəbər verir ki, oktyabrın 1-dən etibarən orta hesabla qaz və elektrik enerjisindən istifadə edən britaniyalılar ildə 1717 funt sterlinq ödəyəcəklər, bu isə hazırkı tarifdən 10 faiz çoxdur.
"Ofgem"in açıqlamasına görə, bu artım elektrik enerjisinin topdansatış qiymətinə təsir edən ekstremal hava şəraitində rəqabət və qaza olan tələbatın artması ilə əlaqədardır. Analitiklər yanvar ayında qiymətlərin daha da artacağını proqnozlaşdırırlar.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...