İqtisadiyyat

  • 1 647

Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb - Nazir müavini

image

Azərbaycanda intensiv kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyi mövcuddur. Məsələn, müasir suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq üçün müxtəlif güzəştlər və subsidiyalar tətbiq olunur. Son 5 ildə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb. SİA xəbər verir ki, bunu "Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu - COP29 dəyirmi masa müzakirələri” adlı tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.Nazir müavini qeyd edib ki, fermerlərlə sıx əməkdaşlıq etmək və onların iqlimə davamlı yanaşmaları mənimsəmələrinə dəstək vermək isə bu prosesi sürətləndirə bilər. Onun sözlərinə görə, fermerlərin su ehtiyatlarını səmərəli istifadə etmələri və iqlim dəyişikliklərinə uyğunlaşmaları, sektorun davamlı inkişafı üçün həlledici addımlardır. Bu istiqamətdə fəaliyyətlər, COP29 zamanı, noyabrın 19-da keçiriləcək Ərzaq, Kənd Təsərrüfatı və Su Günündə təqdim ediləcək "Harmoniya Təşəbbüsü"nün əsas hədəflərindən biridir. "Bu təşəbbüs, kənd təsərrüfatı icmalarına və fermerlərə müasir su idarəetmə sistemləri və iqlimə davamlı yanaşmaları tətbiq etmək üçün lazımi dəstəyi təmin etməyi qarşısına məqsəd qoyur", - deyə İ.Qədimova qeyd edib.

Digər xəbərlər