İqtisadiyyat

  • 1 205

Sentyabrda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

image

Sentyabrın 16-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək. SİA bu barədə Pakistan mətbuatına istinadən xəbər verir.Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin özəlləşdirmə üzrə federal naziri, İnvestisiya Şurasının üzvü Əbdül Alim Xanla görüşüb və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər həmçinin sentyabrın 16-da Bakıda keçiriləcək biznes forumla bağlı fikir mübadiləsi aparıblar.Nazir qeyd edib ki, biznes forum Pakistan və Azərbaycan arasında işgüzar fəallığın inkişafına kömək etmək məqsədi daşıyır. Tədbirin keçirilməsinin iki ölkənin müxtəlif sektorlara investisiya yatırmaq və birgə layihələri təşviq etmək imkanlarını genişləndirəcəyi gözlənilir.Ə.Xanın sözlərinə görə, Pakistan və Azərbaycan ərzaq təhlükəsizliyi, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı və digər sahələrə sərmayə yatıra bilər.“Türkiyə, Azərbaycan və Pakistan birlikdə regionun inkişafında mühüm rol oynaya bilər, bunun üçün qarşılıqlı investisiya və əməkdaşlıq gündəliyi həyata keçirilməlidir”, - o bildirib.Azərbaycan səfiri ilə görüşdə biznes forumda iştirak edəcək Pakistan nümayəndə heyətinə Əbdül Alim Xan və Cam Kamal Xanın (ticarət üzrə federal nazir) başçılıq edəcəyi qərara alınıb.Diplomat öz növbəsində qeyd edib ki, Azərbaycan Pakistanda mayeləşdirilmiş təbii qaz, karbamid, elektrik enerjisi və digər sahələrə sərmayə yatıra bilər.

Digər xəbərlər