"Azərbaycan iqtisadiyyatı müstəqillik əldə olunandan bu günə kimi böyük inkişaf yolu keçib. Müstəqillik əldə olunan ərəfədə Azərbaycanda iqtisadiyyat dağılmışdı, inflyasiya 4 rəqəmli ədədə çatmışdı, ciddi təhlükəsizlik problemləri var idi, insanlar çörək tapmırdı və müharibə də bütün bu proseslərə öz mənfi təsirini göstərmişdi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, Əsrin müqaviləsinin imzalanması, Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikilməsi iqtisadiyyata öz müsbət töhfələrini verməyə başladı: "Dövlət tədricən rezervlər toplamağa başladı, inflyasiyanı aşağı sala bildi, iqtisadiyyatda özəlləşdirmə prosesi davam etdirildi, işsizlik problemi ilə mübarizə başlanıldı. Əldə olunan gəlir ölkənin yenidən qurulması, əhalinin rifahının artırılmasına yönəldildi. Nəticə etibarilə ölkə artıq uzun müddətdir ki, birrəqəmli inflyasiya periodundadır və iqtisadiyyatda stabil artım var. Eyni zamanda dövlətin 60 milyard dollar üzərində rezervi var, dövlət borcu aşağı səviyyədədir. Lakin təəssüf ki, qeyri-neft sektoru zəif inkişaf edir".
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...