Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "yaşıl iqtisadiyyat"a keçid üzrə müəyyən edilmiş strateji prioritetlər müzakirə edilib. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.O qeyd edib ki, müzakirələr IFC-nin Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.Görüş çərçivəsində, ölkədə yaşıl iqtisadiyyatın inkişafı üçün zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüslər və AMB-nin dayanıqlı maliyyə üzrə gündəliyində duran mühüm məsələlər müzakirə olunub. Həmçinin, qurumlar arasında ikitərəfli maraq doğuran mövzular və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sənaye işçi qüvvəsinin çatışmazlığı artıq milyonlarla insana çatır...
Elektrik stansiyası əvvəllər Rusiya tərəfindən təchiz edilən təbii qazı qızdırırdı...
Nabiullina şoka düşüb...