Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatları (NKA) ilə qeydə alınan dövriyyə 261,6 milyon manat təşkil edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 136,2 milyon manat və ya 2,1 dəfə çoxdur.
Bu il sentyabrın 1-nə qədər bölgədə 3 780 ədəd yeni nəsil NKA quraşdırılıb.
İndiyə qədər Naxçıvanda "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 1,8 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Bu ilin 8 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 914,6 min manat olub.
Rusiya istiqraz bazarının təxminən dörddə biri risk altındadır...
Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.
Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…