PDF Oxu

İqtisadiyyat

  • 3 041

"Sexlərdə çalışan işçilər üçün otaqlar hazırlamalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Əmək Məcəlləsi) 222-ci maddəsinə əsasən işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Səbuhi Axundov deyib. O bildirib ki, işəgötürən həmçinin əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir: "Həmin maddənin 8-ci bəndinə əsasən işəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlamalıdır.Əmək Məcəlləsinin 2 nömrəli əlavəsində göstərilmişdir ki, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.Eyni hüquq Əmək Məcəlləsinin 233.2-ci maddəsində də qeyd olunmuşdur. Belə ki, həmin maddəyə müvafiq olaraq işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Bu fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda isə boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər