“Hazırda COP29-la bağlı Bakı Metropoliteninin iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Lakin şəhərimizə dövlət rəsmiləri, mötəbər qonaqlar gələcək. Bununla əlaqədar olaraq yerüstü nəqliyyatın fəaliyyət rejiminə uyğun olaraq Bakı Metropolitenində də müvafiq tənzimləmələrin hər biri təsdiq olunacaq”. SİA xəbər verir ki, bu sözləri jurnalistlər açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.O bildirib ki, hazırda bütün qurumlarla intensiv əlaqələr qurulub: “O cümlədən COP29 əməliyyat şirkəti ilə məsləhətləşmələr, tövsiyələrin alınması, məlumatların toplanılması mərhələləri davam edir. COP29 dövründə nəinki qonaqlarımız hətta Bakı Metropolitenindən daimi istifadə edən sərnişinlərin də rahatlığı məqsədilə bütün tədbirlər görüləcək”.
Müəllif: Səbinə Hüseynli
Rusiya istiqraz bazarının təxminən dörddə biri risk altındadır...
Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.
Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…