Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sektorunda 1 milyard 428,9 milyon manatlıq məhsul istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur.
Təkcə avqust ayında isə bu sektorda 190,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 9,4% çoxdur.
İnformasiya və rabitə sahələrinin ÜDM-də payı 1,8 % təşkil edib.
Xatırladaq ki, bu ilin ilk 8 ayında Azərbaycanda 80 milyard 960,3 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul istehsal olunub.
Rusiya istiqraz bazarının təxminən dörddə biri risk altındadır...
Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.
Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…