İqtisadiyyat

  • 748

""Əsrin müqavbiləsi” ölkəmizin həyatında yeni bir dövrə işarə idi" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Azərbaycanın bugünkü iqtisadiyyatının formalaşmasında müstəsna əməyi olan kateqoriya neftçilər olmuş, müstəsna effekti olan məhsul neft olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.O bildirib ki, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının kökündə onun dayanıqlı olmasını təmin edən faktor Azərbaycanın neft strategiyasıdır: "Bu neft strategiyası Ümummilli Liderin şəxsən özünün formalaşdırdığı strategiyadır. Daha sonra bu strategiya qaz strategiyasına keçmiş, sonra da alternativ enerji strategiyasına keçid etmişdir.Ümummilli Liderin 1994-cü ildə böyük əməyinin nəticəsi olaraq 20 sentyabrda imzalanmış "Əsrin müqaviləsi" bu günə qədər də ölkə iqtisadiyyatı, ölkə vətəndaşları üçün müsbət töhfəsini verməkdədir. Bunun da ardından cənab Prezident İlham Əliyevin Ümummilli Liderin bu strategiyasını davam etdirməsi neft və neft strategiyasının ölkə iqtisadiyyatına öz əhəmiyyətini son dərəcə göstərməkdədir."Əsrin müqavbiləsi” adı təsadüfi deyil – o ölkəmizin həyatında yeni bir dövrə işarə idi, Azərbaycanın XXI əsrə siyasi və iqtisadi atılışı oldu. Bu müqavilə imzalanan gündən ölkəmizdə müasir neft-qaz və nəqliyyat layihələri realizə edilməyə başlandı bu layihələr, Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təmin edir.“Əsrin müqaviləsi” Azərbaycanın neft-qaz sənayesini dirçəltdi, ölkənin enerji təhlükəsizliyini təmin etdi, iqtisadiyyatın bütün qalan sahələrinin inkişafına təkan oldu, xalqın və respublikanın rifahının yüksəlməsinə gətirib çıxardı.Amma “Əsrin müqaviləsi”nin əhəmiyyəti neft və qazın satışından əldə dedilən maddi gəlirlərlə məhdudlanmır. Bu müqavilənin sayəsində Azərbaycan özünü xarici investorlarlar üçün etibarlı ölkə kimi tanıtdı, bu isə ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə yol açdı".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər